Ana Səhifə /Təbriklər /Əvəz Ələkbərov

Ə.Ə.Ələkbərova “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda təhsil sahəsində səmərəli fəaliyyətinə görə Əvəz Əkbər oğlu Ələkbərova “Əməkdar müəllim” fəxri adı verilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 iyul 2017-ci il.

Bütün Cillilər adından Əvəz müəllimi təbrik edirik. Gələcək həyat və fəaliyyətində uğurlar arzu edirik.