Xəbərlər arxivi - Göyçə mahalı Cil kəndi
SAYT XƏBƏRLƏRİ:1941-1945-ci illər müharibəsində həlak olan Cillilərin tam siyahısı-ŞƏHİDLƏRİMİZ bölümündə baxa bilərsiz.******** Cil kəndinin 2010-cu ildə çəkilmiş videogörüntüsü və Aşıq Müseyibin videolent yazıları artıq saytda!VİDEO, MUSİQİ bölümündə baxa bilərsiniz.****** Şəkil yerləşdirərkən şəkildə olan insanların və ya yerlərin adını mütləq yazın.****** Şəkilləri skaneriniz yoxdursa verin çıxaraq, sayta yerləşdirək, elektron versiyasını və özünü Sizə qaytaraq.
Çərşənbə axşamı, 30.09.2014, 15:47

ANA SƏHİFƏ Qeydiyyat Giriş
Salamlar, Qonaq · RSS
SAYTIN MENYUSU

MİNİ ÇAT



SORĞU
Qiymətləndirin
Bütün cavablar: 374

STATİSTİKA

Onlayn olanlar: 3
Qonaqlar 2
İstifadəçilər: 1
Орудж

GİRİŞ

 
Главная » Xəbərlər arxivi

Baxıldı: 469 | Əlavə etdi: Elshan | Tarix: Dünən | Şərhlər (3)

Qəribin «Qərib duyğuları»

  Əvvəlcə bu kitabın adına etiraz etmək istədim. Niyə məhz "Qərib duyğular"? Sonra şeirləri oxuyanda, həzin, kövrək sətirlərin təlqin etdiyi incə, zərif duyğular məni çulğayanda, ad məsələsini unutdum.
Sən demə duyğular ürəkdə nisgilə dönəndə, vaxtında-vədəsində ipə-sapa düzülməyəndə qəribləşirmiş, o duyğu sahibinin özünə də bir köynək yadlaşırmış.

Xəzan keçir, saralanlar çallayır,
Xatirələr də qocalır, ağlayır.
Qərib gələn, qərib gedir qalmayır,
Qış da gəldi qan var,... Davamını oxumaq »

Baxıldı: 23 | Əlavə etdi: Elshan | Tarix: Dünən | Şərhlər (0)

Haray dünyam, haray
Sadıqov Zakir Hüseyn oğlu 1953-cü ildə Göyçə mahalının Cil kəndində anadan olmuşdur. İxtisasca kimyaçıdır. Taleyinə didərginlik yazılan ziyalılarımızdandır. Hal-hazırda Daşkəsən rayonunun Quşçu kəndində müəllim işləyir.
Haray dünyam, haray" müəllifin oxuculara ilk töhvəsidir. Kitabda xalqımızın yurd-yuva həsrəti, onun göynədici harayı, umub-küsdüyü ağlı-qaralı, acılı-şirinli dünyadan aldığı təəssüratlar və bir də gəncliyin həzin pıçıltıları qələmə alınmışdır.
Ümidvarıq ki, kitabda gedən yazılar şeir-sənət xiridarlarının ürəyincə olacaqdır.

GÖYÇƏ

... Davamını oxumaq »

Baxıldı: 18 | Əlavə etdi: Elshan | Tarix: Dünən | Şərhlər (0)

 

Qürbət havalı şeirlər

Qürbətdə yaşayan Vətənsiz kəslər,
Daim Vətən deyib, Vətəni səslər.
Qəlbində gəzdirər eli, obanı,
Ürəkdən xalqına məhəbbət bəslər!

Bu sətirlər Vətəndən uzaqlarda yaşayan bir müəllifin — Rövşən Həsənlinindir.Əlyazmasını əmisi oğlu, Göyçə mahalının xeyirxah, xeyriyyəçi övladı, mənim dostum Qərib Həsənov nəşriyyatımıza təqdim etdi.
- Mənim doğmamdır, — dedi - Elə bilirəm ki, bu yazıların nəşrinə rəvac versək, oxucular üçün də maraqlı olar.
Mən onun dediyi kimi bu yazıları diqqətlə oxudum və onların... Davamını oxumaq »

Baxıldı: 20 | Əlavə etdi: Elshan | Tarix: Dünən | Şərhlər (0)

Atam Əli Mazan oğlunun dostlarının sorağında

Vəfadağlı, nəyə gərək söhbətin,
Əbədi qanunu budur xilqətin,              
Dosta etibarın, saf məhəbbətin,                                                                 
Yadigardır bizə cahanda, ata.

Əslən Göyçə mahalının Böyük Qaraqoyunlu kəndindən olan Məşədi Mürsəl Əhməd oğlunun atam Əli M... Davamını oxumaq »

Baxıldı: 356 | Əlavə etdi: Elshan | Tarix: 19.06.2014 | Şərhlər (0)



BU ŞƏKİLLƏRƏ BAXANDA ÜRƏYİNİZDƏN HANSI HİSSLƏR KEÇİR, ŞƏRH EDİN

Baxıldı: 2900 | Əlavə etdi: Elshan | Tarix: 22.05.2014 | Şərhlər (18)

Rəfiqə xanımı yeni albomunun işıq üzü görməsi münasibətilə bütün

Cillilər adından təbrik edirik! Yeni uğurlar arzu edirik!

Alboma daxil olan aşıq mahnılarını VİDEO, MUSİQİ /Aşıq mahnıları bölümündən yükləyə bilərsiniz.

 

Baxıldı: 257 | Əlavə etdi: Elshan | Tarix: 22.05.2014 | Şərhlər (1)

Baxıldı: 152 | Əlavə etdi: Elshan | Tarix: 25.02.2014 | Şərhlər (0)

O yerləri tanıyanlar, hətta tanımayanlar Göyçə adlı bir mahalın genetik düşüncəsini duymaq üçün bu şəkillərə baxmalıdır.
XX əsrin sonlarına qədər ətrafında əsasən azərbaycanlıların məskunlaşdığı, Cənubi Qafqazda ən iri göllərdən biri olan Göyçə gölünün qış mənzərəsi yayılıb. Nə qədər ağrıdıcı olsa da o yerləri tanıyanlar, hətta tanımayanlar Göyçə adlı bir mahalın genetik düşüncəsini duymaq üçün bu şəkillərə baxmalıdır.

ANS PRESS-in verdiyi məlumata görə, dəniz səviyyəsindən 1926 metr yüksəklikdə və sönmüş vulkanlar əhatəsində ... Davamını oxumaq »
Baxıldı: 440 | Əlavə etdi: Elshan | Tarix: 19.01.2014 | Şərhlər (1)

Aşıq Müseyib 1921-ci ildə Göyçə mahalının Cil kəndində dünyaya gəlmişdir. Aşıqlar nəslinin nümayəndəsi olan Aşıq Müseyibin daha üç qardaşı Aşıq Oruc, Aşıq Kazım və Aşıq Əli bu sənətin, yəni atası A... Davamını oxumaq »
Baxıldı: 350 | Əlavə etdi: Elshan | Tarix: 30.12.2013 | Şərhlər (0)

1 2 3 »
Copyright MyCorp © 2014


AXTAR
TƏQVİM
«  Sentyabr 2014  »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930

ARXİV

BAŞSAĞLIĞI
27.09.2014-cü il tarixində Tanrıverdiyeva Xanımzər Bayram qızı rəhmətə gedib.Mərhumənin vəfatından kədərlənir, yaxınlarına bütün Cillilər adından dərin hüznlə baş sağlığı veririk.Allah rəhmət eləsin! "3-7" mərasimi 03.10.2014-cü il tarixində keçiriləcək.
Ünvan: Mehdiabad qəsəbəsi, Məscidin yaxınlığında xeyir-şər evi. Əlaqə tel.: 050 671 03 43 Süleymanov Yaqub Bayram oğlu


24.09.2014-cü il tarixində Qurbanov Vəli Məcid oğlu rəhmətə gedib.Mərhumun vəfatından kədərlənir, yaxınlarına bütün Cillilər adından dərin hüznlə baş sağlığı veririk.Allah rəhmət eləsin! "3-7" mərasimi 30.09.2014-cü il tarixində keçiriləcək.
Ünvan:2-ci Zabrat qəsəbəsi, İstixana kombinatı, 71 saylı orta məktəbin həyəti  (Koroğlu metrosundan 148 saylı marşurutla). Əlaqə tel.: 055 769 97 53  Novruz m.

15.09.2014-cü il tarixində İsaqova İlahə Sənan qızı (İsaqov Balacanın nəvəsi) rəhmətə gedib.Mərhumənin vaxtsız vəfatından kədərlənir, yaxınlarına bütün Cillilər adından dərin hüznlə baş sağlığı veririk.Allah rəhmət eləsin! "40" mərasimi 24.10.2014-cü il tarixində keçiriləcək.
Ünvan: At yalı, Nübar qəsəbəsi, Müşfiqabad yolu. Əlaqə tel.: 050 437 68 42 Sənan



01.09.2014-cü il tarixində İsgəndərov Füzuli Haqverdi oğlu rəhmətə gedib.Mərhumun faciəvi vəfatından kədərlənir, yaxınlarına bütün Cillilər adından dərin hüznlə baş sağlığı veririk.Allah rəhmət eləsin! "40" mərasimi 10.10.2014-cü il tarixində keçiriləcək.
Ünvan:Babək döngəsi 11, Azərsutikinti xəstəxanasının yaxınlığı.
Əlaqə tel.: 050 568 70 08 Xəqani

29.08.2014-cü il tarixində Məhərrəmov Fazil Cəbrayıl oğlu rəhmətə gedib.Mərhumun vəfatından kədərlənir, yaxınlarına bütün Cillilər adından dərin hüznlə baş sağlığı veririk.Allah rəhmət eləsin! "40" mərasimi 05.10.2014-cü il tarixində keçiriləcək.
Ünvan:Saray qəsəbəsi, Adil Məsimov küçəsi, 1-ci svetoforun yanı


XƏBƏRLƏR
İŞĞAL OLUNUB
 
Создать сайт бесплатно