Ana Səhifə /Şeirlər / /Tanrıverdiyev Hüseyn

Tanrıverdiyev Hüseyn Əli oğlu - Sevgi bir möcüzədir

Sevgi bir möcüzədir

Tanrıverdiyev Hüseyn Əli oğlunun "Sevgi bir möcüzədir" adlı şeirini sizlərə təqdim edirik.

Sevgi bir möcüzədir
Məndən soruşurlar, sevgi de nədir?
Deyirəm ki, o, bir möcüzədir.
Sevgi ilə kainat yarandı bilin,
Sevgisiz nə varsa hamısını silin.

Torpaqdan sevgi ilə Adəm yarandı,
O, da şeytana yaman aldandı,
Yer üzündə tək qalmasın deyə,
Qabırğasından ona Həvva yarandı.

Həzrəti Nuhun yolu haqq yolu,
İman gətirənlər gəmi ilə dolu,
Gəmiyə minənlər nicat tapdılar,
İmansız olanlar suda batdılar.

Lutun qövümü bir kafir idi,
Pis əməlləri ilə çox məşhur idi,
Lut isə Allaha pənah gətirdi,
Allah istəyini yerinə yetirdi.

Davud peyğəmbəri gəl yada salaq,
Haqqı tək bilib yola yollanaq,
Onun nəsihətindən biz də pay alaq,
Şəfqət məhəbbətlə gəl onu anaq.

Süleyman keçmişdən dərsini aldı,
Tanrını tək bilib xəyala daldı,
Divləri, cinləri ram eylədi,
Allah da Süleymanı taxta çıxardı.

Kafirlər İbrahimi oda atdı,
Kənarda dayanıb kinlə baxdı,
Allah özünün qüdrəti ilə,
Köynək geyindirib oddan çıxartdı.

Fireon Allaha heç inanmadı,
Musa düz yoldan heç yayınmadı,
Fireon dəryaya qərq oldu bilin,
Musanı dəryanı yardı çıxardı.

Yusif həsrətindən kor oldu gözü,
Oğullarına keçmədi nəsihəti, sözü,
Allahı çox sevirdi Yaqub özü,
Köynəklə pərdəni sildi çıxardı.

Qardaşlar Yusifi quyuya atdı,
Elə bildilər hər şey sona çatdı,
Quyuda dadına mələklər çatdı,
Yusif də sarayda bir şölə saçdı.

Dəryaya qərq oldu Həzrəti Yunis,
Bu əhvalatı hər kəs də bilmiş,
Onun Allaha məhəbbətindən,
Balığın qarnından dartdı çıxardı.

Nadanlar İsanı dara çəkdilər,
Ortaya nifaq toxumu səpdilər,
Həqiqət yolnu qanla kəsdilər,
Allahın əmr etdi qeybə çəkdilər.

Həzrəti Məhəmməd bir insan idi,
Onun paklığı Allaha əyan idi,
Çəkdi Məhəmmədi bir mağaraya,
Ordan da dünyaya bir nur çıxartdı.

Qurani – Kərimi bəxş etdi ona,
Dedi ey insanlar çatırıq sona,
Yaxşı işlər görün bilin ki, siz,
Bu dünyada heç kəs qalmayacaqdır.

Həzrəti Məhəmməd söylədi bizə,
İki şey qoyuram əmanət sizə,
Qurani – Kərimi, əhli beytimi,
Sevənlər düz yoldan çaşmayacaqdır.

Sevin kainatı, sevin Allahı,
Bilin ki, Allahdır bəşərin tacı,
Savab işlər görən bütün qulları,
Cəhənnəm odunda yaxmayacaqdır.

Hüseyn, Allahın sən də qulusan,
Niyə dayanıb sakit durmusan,
Zəkat ver, namaz qıl, ibadət eylə,
Bütün insanlara bunları söylə.

Hüseyn Tanrıverdiyev