Ana Səhifə /Təbriklər /Abbasov Mikayıl

Abbasov Mikayıl Hümmət oğlu.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 dekabr 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar Mühəndisi, texnika elmləri namizədi, Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin texniki direktoru Abbasov Mikayıl Hümmət oğlu "Tərəqqi" medalı ilə təltif olunmuşdur. Bu münasibətlə Mikayıl müəllimi bütün Cillilər adından təbrik edirik, işlərində uğurlar arzu edirik!

Hörmətlə: cilliler.com saytının kollektivi.

Azərbaycan Respublikasında rabitə və yüksək texnologiyalar sahəsi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında rabitə və yüksək texnologiyalar sahəsində səmərəli fəaliyyətinə görə təltif edilsin:

“Tərəqqi” medalı ilə

Abbasov Mikayıl Hümmət oğlu

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 dekabr 2017-ci il.