Ana Səhifə /Cillilər /Aşıqlar /Aşıq Yunis

Post Title

Yunis Məmməd oğlu İbrahimov (Aşıq Yunis).

Həyatı və yaradıcılığı

Aşıq Yunis 1888-ci ildə Azərbaycanın qədim ozan-aşıq beşiklərindən olan Göyçə mahalının Cil kəndində anadan olmuşdur. Körpə ikən atasını itirən Yunis ailənin ağırlığını öz çiyninə götürmüş, körpə qardaş və bacılarını böyütmüşdür.

Fitri istedada və ecazkar səsə malik olan Yunis az vaxt içərisində kütlə arasında şöhrətlənmişdir. Bir gün Cil kəndinə qonaq olan Aşıq Ələsgərin şagirdi Aşıq Nəcəf Yunisi dinləmiş, onun səsinə valeh olmuşdur.

Əsrin əvvəllərində Cildə, Xələflidə qonaq olan Aşıq Ələsgər Yunisi yanına çağırtdırmış, dinləmiş və özü ilə aparmaq istəmişdir, amma ailə çətinliyi onun böyük ustad ilə getməsinə imkan verməmişdir.

Eldar İsmayıl- Oğuz yurdunun övladları kitabından