Ana Səhifə /Cillilər /Alimlər /Həsənov Xalid

Post Title

Həsənov Xalid Şərif oğlu - Texnika elmləri üzrə fəlsəfə doktoru, alim, Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Qiyabi təhsil fakültəsinin rəis müavini

Həyatı və fəaliyyəti

Əslən Göyçə mahalının Cil kəndindən olan Xalid Şərif oğlu Həsənov 1984-cü il iyul ayının 9-da Bakı şəhərində anadan olmuşdur. 2001/2006-cı illərdə Milli Aviasiya Akademiyasının “Aviasiya təhlükəsizliyi” fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 2006/2007-ci illərdə isə ordu sıralarında xidmətdə olmuşdur.

2009-cu ildə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında müəllim, daha sonra fakültə rəisinin müavini vəzifəsinə kimi yüksəlmişdir.

Ukrayna Milli Mülki Mühafizə Universitetinin “Yanğın və sənaye təhlükəsizliyi” kafedrasının aspirantı olmuş, "Yanğın mənbəyinin müəyyən edilməsi vaxtının azaldılması hesabına yanğınların ləğv edilmə səmərəliliyinin yüksəldilməsi” mövzusunda dissertasiya işini müdafiə edərək, texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.

Xalid Şərif oğlu Həsənov beynəlxalq seminar və konfranslarda iştirak etmiş, bir çox elmi məqalələrin və 2 kitabın müəllifidir. Hal-hazırda Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Qiyabi təhsil fakültəsinin rəis müavini vəzifəsində çalışır.