Ana Səhifə /Cillilər /Müəllimlər /İbrahimov İmran

Post Title

İbrahimov İmran Mehdi oğlu- Cil kənd orta məktəbinin biologiya müəllimi.

Həyatı və fəaliyyəti

İbrahimov İmran Mehdi oğlu 1940-cı ilin 10 noyabrında Göyçə mahalının Cil kəndində anadan olub.1947-ci ildə Cil kənd orta məktəbinin 1-ci sinfinə gedib.1955-ci ilə kimi Cildə oxuyub.1959-cu ildən 1960-cı ilə kimi Daşkəsən rayonunda təhsil alıb.1961-1964-cü illərdə hərbi xidmətdə olub.1964-1967-ci illərdə İrəvan Azselxoztexnika texnikumunda veterinar ixtisası üzrə təhsil alıb.1969-1973-cü illərdə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun biologiya fakültəsində ali təhsil alıb.

1973-1974-cü illərdə Quba rayonunun Güləzi kəndində təyinatla müəllim işləyib.1974-1987-ci illərdə Ardanış kənd orta məktəbində, 1987-1988-ci illərdə isə Cil kənd orta məktəbində biologiya müəllimi işləyib.

Erməni daşnaklarının azərbaycanlıları öz tarixi dədə-baba yurdlarından deportasiya etməsi zamanı İmran müəllim də ailəsi ilə birlikdə doğma Vətəni tərk etdir və Daşkəsən rayonunun Quşçu kəndində məskunlaşır.1988-1989-cu illərdə Quşçu kənd orta məktəbində müəllim, 1989-1990-cı illərdə Quşçu kənd sovetinin sədri, 1991-1992-ci illərdə Quşçu kolxoz idarəsinin direktor müavini, 1992-ci ildən 2008-ci il yanvarına kimi Əli İsmayılov adına Quşçu kənd orta məktəbində direktor müavini, dərs hissə müdiri və biologiya müəllimi işləyib.

2008-ci il yanvarın 3-də rəhmətə gedib.

Ailəli olub.İki qız və iki oğlu var.