Ana Səhifə /Cillilər /Müəllimlər /Namazov Şərif

Post Title

Namazov Şərif İsmayıl oğlu-Cil kənd orta məktəbinin direktoru.

Həyatı və fəaliyyəti

1932-ci il 29 iyunda Göyçə Mahalının Cil kəndində anadan olub.1939-cu ildə Cil kənd yeddi illik orta məktəbinin 1-ci sinfinə gedib.Müharibə illərinin acılarını görən Şərif Namazov 10-11 yaşlarında kolxozda işləyib.1941-1945-ci illər müharibəsi qurtardıqdan sonra arxa cəbhədə yaxşı iştirakına görə "İgidliyə görə” medalı ilə təltif olunmuşdur.1948-1952-ci illərdə Gədəbəy rayonunun Böyük Qaramurad kənd orta məktəbində təhsilini davam etdirib və həmin məktəbi əla qiymətlərlə başa vurduqdan sonra, Cil kənd kolxozunda hesabdar köməkçisi işləmişdir.1954-cü ildə Sovet ordu sıralarına çağrılıb.Kalininqrad oblastının Çernoxovst şəhərində qulluq edib.Urnivsk şəhərində 6 aylıq sürücülük məktəbini bitirib,avtomobil rotasında komandir bölüyünün köməkçisi vəzifəsində işləyib.Elə həmin illərdə komsomol komitəsinin 1-ci katibi işləyib və o zaman Sovet İttifaqı Kommunist partiyasının sıralarına daxil olub.Baltikyanı ölkələrinin və hərbi hissələrin komsomol konfransısnın nümayəndəsi seçilib və buna görə mükafatlandırılıb.1957-ci ilin 20 dekabrında hərbidən təxris olunub və Cil kəndinə qayıdıb.1958-ci ilin mart ayından, 1963-cü ilin mart ayına qədər kolxozda sürücü işləyib.1963-cü ilin mart ayından 1967-ci ilin avqust ayına qədər Cil kənd kolxozda təsərrüfat briqadiri işləyib və dəfələrlə mükafatlandırılıb.1964-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub və 1970-ci ildə oranı bitirib.1967-ci ilin sentyabrından Cil kənd orta məktəbinə müəllim təyin edilib.1969-cu il sentyabrın 1-də Cil kənd orta məktəbinə direktor müavini, 1 ay sonra isə direktor vəzifəsinə təyin edilib.Cil kənd orta məktəbi həmin dövrdə həm rayonun, həm də respublikanın qabaqcıl orta məktəblərindən birinə çevrilmişdir.Məktəbin məzunlarından 5 nəfər qızıl medal, 2 nəfər gümüş medalla orta məktəbi bitirmişlər.Məktəbin məzunlarından 8 nəfər elmlər doktoru, 40 nəfərə qədər elmlər namizədi adına layiq görülmüşdür.600 nəfərə yaxın məzun ali məktəbə daxil olmuşdur.10 nəfərdən çox Rusiya ali məktəblərinə daxil olmuşlar və hal-hazırda yüksək vəzifələrdə işləyirlər.

Direktor işləyərkən rayon maarif şöbəsinin marifyanı şurasının uzun müddət üzvü olub.Respublika "Bilik” cəmiyyətinin üzvü kimi 2-ci, 3-cü, 4-cü qurultayının nümayəndəsi seçilib.Direktor olarkən "Pedaqoji” cəmiyyətinin sədri vəzifəsində işləyib və respublika pedaqoji cəmiyyətinin 2-ci, 3-cü qurultayının nümayəndəsi seçilib.1978-ci ildə respublika müəllimlər qurultayının nümayəndəsi (rayonda yeganə direktor nümayəndəsi) seçilib.1980-ci il Ermənistan partiya komitəsinin iki illik siyasi icmalçılıq kursunu bitirib.Bütün bu illər ərzində bir çox mükafat və medallarla təltif olunub.2 dəfə beşilliyin, 1 dəfə isə yeddiilliyin sosializm yarışının qalibi kimi medala layiq görülüb.Həmin illərdə Cil kənd orta məktəbi rayonun nümunəvi məktəbinə çevrilmişdir.Məktəbin bir çox qabaqcıl müəllimlərinin iş təcrübəsi rayon məktəbləri arasında yayılmışdır.1989-cu ilin aprel ayına kimi məktəbin direktoru olaraq fəaliiyət göstərib.1989-cu ilin 1 sentyabrında Binəqədi rayonun 283 saylı orta məktəbinə müəllim təyin olunub və 2011-ci ilin sentyabrına kimi həmin məktəbdə müəllim işləyib.Bu vaxt ərzində 5 dəfə həmkarlar ittifaqının, təhsil nazirliyinin "Tərif” tərifnaməsi ilə təltif olunub.

1965-1989-cu illər ərzində fasiləsiz deputat seçilib.1941-1945-ci illər Böuük Vətən Müharibəsində qələbənin "60 illiyi” yubileyi medalı ilə 2005-ci il 27 aprel tarixdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən, 100 illik yubiley medalı ilə 1970-ci ildə "Sosializm yarışının qalibi”1973-cü ildə, 9-cu beşilliyin zərbəçisi 1977-ci ildə, qələbənin 30 illiyi 1976-cı ildə, 40 illiyi 1985-ci ildə yubiley medalları ilə təltif olunub.1986-cı ildə daxili işlər nazirinin ştatdankənar inspektoru (müfəttişi) vəzifəsində çalışıb.2013-cü ilin fevral ayında rəhmətə gedib.

Özünün dediklərindən

Həyatım boyu bir amalım, bir arzum olub gənc nəslin təlim-tərbiyəsi və buna nail olmuşam.Mənim dərs keçdiyim və təlim-tərbiyə verdiyim şagirdlərin çoxu elm dalınca getmiş, elmi nailiyyətlər əldə etmişlər.Hazırda Respublikanın müxtəlif nazirliklərində, institutlarda, ayrı-ayrı iş sahələrində şərəfli işlə məşğul olurlar.Bunları gördükcə və onlarla təmasda olduqca sevinirəm.Özümü xoşbəxt hesab edirəm.