Ana Səhifə /Cillilər /Vəzifəli şəxslər /Rəhimov Yadulla

Post Title

Rəhimov Yadulla Aslan oğlu- "Qara Volqa”dakı Yadulla.

Həyatı və fəaliyyəti

Yadulla Rəhimov 1929-cu ildə Qərbi Azərbaycanda Göyçə mahalının Cil kəndində,Kalvastan (Kərbəlayi Aslan) kişinin ailəsində dünyaya göz açmışdı.İbtidai təhsilini öz kəndlərində başa vuran Rəhimov Qazaxdakı texnikumu bitirmişdi.Sonra isə taleyin qisməti ilə o,Bakıya gələrək Bədən Tərbiyə İnstitutuna daxil olur və burada o,idmanın bir çox növləri ilə məşğul olmağa başlayır.İnstitutun son kurslarında işə qəbul edirlər.Çavuş rütbəsi ilə işə başlayır.İşləyə-işləyə belə qərara gəlir ki,hökmən hüquq fakültəsinə daxil olmalı və təhsilini orada davam etdirməlidir.Elə də olur.Y.Rəhimov ADU-nun hüquq fakültəsini daxil olur.

İlk iş günündən sonadək bir rayonda (Yasamal) çalışmışdır.Hüquqi asayişin qorunması,yerli quldur və və oğruların həbs edilərək anoloji cinayətlərdən sapındırılması yönündəki uğurlu əməliyyatlar Y.Rəhimovun gündəlik iş fəaliyyətini təşkil edirdi...

-Əmim Yadulla Rəhimov haqqında danişmaq mənim üçün çox çətindir.Əmimi tanıyanların onun haqqında ürək dolusu ilə xoş sözlər söyləməsi məni hər zaman qəhərləndirir.İşlədiyi rayonda yaşayan əmim ərazini çox gözəl taniyirdi.Bu da onun yaxşı işçi olmasına kömək etmişdi.Ümumiyyətlə,əmimin necə işçi olması haqqında bəlkə də heç nə deyə bilmərəm.Lakin əmimi yüksək insanı keyfiyyətləri,qohumcanlığı,el-oba təəssübü çəkməsi,vətənpərvərliyi,öz işinin vurğunu olması ilə xatırlayıram.Uğurlu əməliyyatlar müəllifi kimi öz şərəf və ləyaqəti ilə xalqına namusla xidmət etmiş Y.Rəhimov "Qələbənin 30 illiyi”, ”Milis əlaçısı”, "Sovet milisinin 50 illiy” və s.medallara layiq görülmüşdür. Onu hər kəs təmiz,prinsipal bir milis işçisi,zarafatcıl və mərd bir insan kimi xarakterizə etdi.Onun "Qara Volqa” əsərinə düşməsinin səbəbini bundan sonra daha yaxşı anladım.

Atam Yadulla əmimlə həmişə fəxr edərdi.Əmimin işlədiyi müddətdə bütün insanlara-qohumlara,tanışlara,dostlara,ellilərinə yaxından kömək etməsi,onun xeyirxahlığı və qayğıkeşliyi atamı çox sevindirərdi.Tanış-bilişlərdən kimsə əmim haqda atama danışdıqca,onun gözəl xüsusiyyətlərindən söhbət açdıqca atam hədsiz dərəcədə fərəhlənirdi və söhbətin sonunda böyük iftixarla deyərdi:”Sağ olsun,nəslimizin fəxridir.Yadulla öz işi ilə həmişə başımızı uca edib”.

Onu hamı sevirdi.Dünyasını dəyişəndə onu tanıyanlar mənəvi cəhətdən sarsıdılar.Biz qohumlar,xüsusən,Bakıda yaşayan əzizləri,əmimi sevənlər arxasız,dayaqsız,sözün əsil mənasında "yetim” qaldıq.Söhbətimi əmimin ən yaxın dostu,Göyçənin məşhur aşıqlardan olan Aşıq Museyibin oğlu Qiyasın 1985-ci ilin avqustunda əmimin ölümü ilə bağlı yazdığı şerlə bitirmək istərdim.

A Yadulla
Qartal kimi qanad çaldın,
Sən cahanda,a Yadulla.
Şahpərəni sındı birdən,
Tora düşdün,a Yadulla.

Nə deyək biz Aslana,
Yasa batdı Sayad ana.
Fələk necə qıydı sana,
Hayıf sənə,a Yadulla.

Çiynindəki böyük ulduz,
Qəlbimizdə gecə-gündüz
Kimi itirdi elimiz,
Bais fələk, a Yadulla.

O səndəki böyük ürək,
Yıxılana oldun kömək.
Qiyas səni axıradək,
Unudarmı, a Yadulla.

Tahir İBRAHİMOV,
BDU-nun dosenti