Ana Səhifə /Cillilər /Müəllimlər /Sadıqov Allahverdi

Post Title

Sadıqov Allahverdi Əli oğlu-Cil kənd orta məktəbinin əməkdar müəllimi.

Həyatı və fəaliyyəti

Sadıqov Allahverdi Əli oğlu 1928-ci il mart ayının 4-də Göyçə mahalının Cil kəndində anadan olub.1941 ci ildə Cil kənd yeddiillik orta məktəbini əla qiymətlərlə bitirib.1941-1946-cı illərdə kolxozda işləyib.1946-1950-ci illərdə Qazax Müəllimlər Seminariyasında oxuyub və oranı fərqlənmə ilə bitirib.1950-ci ildən 1988-ci ilin dekabrına kimi Cil kəndində müəllim işləyib.

Erməni daşnaklarının azərbaycanlıları dədə-baba yurdundan zorla deportasiyası zamanı Azərbaycana ailəsi ilə birlikdə qaçqın kimi gəlib.Bakı şəhərində 1989-cu ildən 2006-cı ilin sentyabrına kimi müəllim işləyib.2006-cı ildə öz ərizəsi ilə işdən azad olunub.

İşlədiyi müddətdə çoxlu mükafatlarla təltif olunub.SSRİ maarif əlaçısı və maarif xadimidir.Ermənistan maarif əlaçısı və maarif xadimi, SSRİ Ali sovetinin və Ermənistan Ali sovetinin fəxri fərmanlarına layiq görülüb.Bakı şəhərində işlədiyi zaman Təhsil Nazirinin və başqa nazirlərin beş dəfə fəxri fərmanları ilə, "Tərəqqi” medalı ilə təltif olunub.Çoxlu sayda fəxri fərmanlarla, orden və medallarla da mükafatlandırılıb.Əmək və müharibə veteranıdır.

Şəhid atasıdır.Oğlu Sadıqov Yusif Allahverdi oğlu 1990-cı il 20 yanvarda Vətənin azadlığı uğrunda canından keçmişdir.