Ana Səhifə /Cillilər /Vəzifəli şəxslər /Tağıyev Haqverdi

Post Title

Tağıyev Haqverdi Əli oğlu.

Həyatı və fəaliyyəti

Haqverdi Tağıyev 1916-cı ildə Ulu Göyçənin Cil kəndində anadan olub. Hələ ilk gənclik illərindən bacarığı və qabiliyyəti ilə seçilən Haqverdi Tağıyev tezliklə ictimaiyyətin diqqətini cəlb etmişdir. Haqverdi Tağıyev 1938-ci ildə irəli çəkilərək Krasnoselo rayon komsomol komitəsinin birinci katibi seçilir.1940-cı ildə Respublika Komsomolunun XII qurultayının nümayəndəsi olan gənc Haqverdi Ermənistan Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsi plenumunun üzvü seçilir və 1947-ci ilə kimi plenum üzvü kimi fəaliyyət göstərir. Haqverdi Tağıyev 1942-ci ildə məsul işə göndərilir.1940-cı ildən 1962-ci ilə kimi rayon Sovetinin deputatı olmuşdur. Uzun illər təsərrüfat rəhbəri işləyən H.Tağıyev həm bacarıqlı, səriştəli kadr kimi özünü göstərir, həm də camaat arsında yaxşı insan kimi şöhrətlənir.

Xalqını ürəkdən sevən, xeyirxahlığı ilə diqqəti cəlb edən millət oğlu Haqverdi Tağıyev doğma Göyçəsi erməni işğalına məruz qalan günlərdə - 1988-ci ildə dünyasını dəyişmişdir.