Ana Səhifə /Cillilər /Vəzifəli şəxslər /Tağıyev Nizami

Post Title

Tağıyev Nizami Haqverdi oğlu.

Həyatı və fəaliyyəti

25.09.1959-cu ildə Cil kəndində anadan olub. 1981-1983-cü illərdə Bakı xüsusi milis məktəbini bitirib. 1990-1994-cü illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil almışdır. Əlbəyaxa döyüş üzrə ilk azərbaycanlı SSRİ idman ustası, Cilin ilk polis polkovnikidir. 1994-1997-ci illər 14 saylı Sabunçu rayon Polis bölməsinin rəisi; 1997-2006-cı illər Xızı rayon polis şöbəsinin rəisi; 2006-2008-ci illər Nəqliyyatda Baş Polis idarəsinin narkotiklə mübarizə şöbəsinin rəisi; 2005-2011-ci ildən, həmçinin elmi işlə məşğuldur. Bakı Dövlət Universitetinin Kriminalistika və Məhkəmə Ekspertiziyasının "Əməliyyat Axtarış fəaliyyəti üzrə elmi ışinin bu yaxınlarda müdafiəsini başa çatdırmaq üzrədir. Qarabağ müharibəsi veteranıdır. Hal-hazırda biznes fəaliyyəti ilə məşğuldur.

2008- ildən "CİL MMC”-nin və Salahlı İctimai Birliyinin rəhbəridir.