Ana Səhifə /Cillilər /Müəllimlər /Tağıyev Daşdəmir

Post Title

Tağıyev Daşdəmir Binnət oğlu- Cil kənd orta məktəbinin əməkdar müəllimi.

Həyatı və fəaliyyəti

Tağıyev Daşdəmir Binnət oğlu 1928-ci il yanvar ayının 26-da Qərbi Azərbaycanın Göyçə mahalının Cil kəndində anadan olub.1941-cildən 1945-ci ilə qədər orta məktəbdə həm oxuyub, həm də arxa cəbhədə işləyib.

1947-ci ildə Qori seminariyasının filialı olan Qazax pedoqoji seminariyasına daxil olub.1951-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirib.1952-ci ildən Cil kənd orta məktəbində müəllim işləyib.1988-ci ilə qədər Cildə müəllim işləyib.1988-ci ildə ermənilərin vəhşiliyi nəticəsində didərgin düşərək ailəsi birlikdə Bakı şəhərində məskunlaşıb.Bakıda 258 saylı orta məktəbdə 2005-ci ilə qədər müəllim işləyib.Təhsildə fərqləndiyinə görə və işlədiyi müddətdə şagirdlərə proqram materiallarını yüksək səviyyədə mənimsətdiyinə görə orden və medallarla təltif olunub.Daşdəmir müəllim yüksək pedoqoji ustalığa malik olduğuna görə xalq arasında və pedoqoji kollektiv arasında hörmət qazanmışdır.

Müəllimin səkkiz övladı var.Onların hamısı ali təhsillidir.