Ana Səhifə /Cillilər /Şairlər /Zamanlı İdris

Post Title

Zamanlı İdris Abbasəli oğlu —Şair,1989-cu ildən Yazıçılar Birliyinin üzvü.

Həyatı və yaradıcılığı

Zamanlı İdris Abbasəli oğlu 1930-cu il martın 22-də Ermənistanın Krasnoselo rayonunun Cil kəndində kolxozçu ailəsində anadan olmuşdur.1948-ci ildə Cil kənd orta məktəbi bitirmişdir.Əmək fəaliyyətinə Cil kəndində kolxozda başlamışdır (1948-1954). ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsilini davam etdirmişdir (1954-1958). Ailə vəziyyətinə görə təhsilini yarımçıq qoyub "Sovet Ermənistanı" qəzeti redaksiyasında ədəbi işçi olmuşdur (1958-1963).64 nömrəli Bakı şəhər məktəbində müəllim işləmiş, eyni zamanda universitetdə təhsilini davam etdirmişdir (1964-1967 ). Azərbaycan SSR Mədəniyyət Nazirliyində redaktor işləmişdir (1966). "Elm və Həyat" jurnalında şöbə müdiri olmuşdur (1975-1982). Moskvada "Nedelya" Həftəlik qəzetinin müxbiri vəzifəsində çalışmışdır (1982-1986). Sonra təqaüdə çıxmış, ömrünün sonunadək fərdi yaradıcılıqla məşğul olmuşdur.

Poetik yaradıcılığa 50-ci illərdən başlamışdır. İlk şerləri "Sovet Ermənistanı" qəzetində və "Ədəbi Ermənistan" almanaxında dərc edilmişdir. Dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının dillərində çap olunmuşdur.

1994-cü il iyunun 2-də Bakıda vəfat etmişdir.Allah rəhmət eləsin.